"Azərbaycan Milli Deomkrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov sentyabrın 27-də ATƏT-in seçki müşahidələri missiyasının siyasi məsələlər üzrə analisti xanım Rafaella Matye ilə görüşüb". Bu barədə Trend ə AMDP sədri İsgəndər Həmidov bildirib.
Görüşə təşəbbüsün sentyabrın 23-də ATƏT nümayəndəsi tərəfindən gəldiyini bildirən İ.Həmidov əsasən partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaması, partiya tərəfindən qeydə alınan 40 namizədin yerlərdə hüquqlarının pozulması və üzərindən məhkumluğunun götürülməməsi məsələlərinin müzakirə olunduğunu bildirib.
Görüşün saat yarım çəkdiyini deyən İ.Həmidov ATƏT nümayəndəsi xanım Rafaella Matyenin məsələləri aydınlaşdırmaq üçün həm Azərbaycan orqanları, həm də təmsil etdiyi təşkilat qarşısında qaldıracağını bildirib.