...

AZƏRBAYCAN-LATVİYA SƏNƏDLƏRİNİN LAYİHƏLƏRİ İŞLƏNİB-HAZIRLANIR

Siyasət Materials 28 Sentyabr 2005 15:38 (UTC +04:00)

Latviya prezidenti Vayra Vike Freyberqin (Iaira Iike-Freiberga) oktyabrın 3-4-də Azərbaycana rəsmi səfəri zamanı imzalanacaq Azərbaycan-Latviya sənədlərinin layihələri işlənib-hazırlanır. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Səfər zamanı iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair bir neçə hökumətlərarası sazişin imzalanacağı gözlənilir. Tərəflər, həmçinin, Riqa-Bakı birbaşa hava yolunun açılması məsələsini də müzakirə edəcək. Sənədlərin layihələri yaxın günlərdə Riqadan işçi ekspert qrupunun Bakıya səfəri zamanı son dəfə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Latviya prezidenti Azərbaycana oktyabrın 3-8-də Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində gələcək. Səfər zamanı onu hökumətin nümayəndə heyəti, işgüzar dairələrin nümayəndələri və bu ölkələrlə əməkdaşlıq qrupunun Latviya seymindəki deputatları müşayiət edəcəklər.

Xəbər lenti

Xəbər lenti