...

POLİTOLOQLAR AVROPA BİRLİYİNİN KOMİSSARININ AZƏRBAYCANLA BAĞLI VERDİYİ BƏYANATA MÜNASİBƏT BİLDİRİBLƏR

Siyasət Materials 6 Oktyabr 2005 15:12 (UTC +04:00)

"Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə bağlı məsələdə düzgün siyasət qurub". Bu barədə Trend agentliyinə politoloq Vəfa Quluzadə bildirb.

Qeyd edək ki, politoloqun belə mövqedən çıxış etməsinə səbəb Avropa Birliyi xarici əlaqələr komissarı Benito Ferrero-Valdnerin Azərbaycanın ŞKTC ilə bağlı məsələdə tutduğu mövqeyinin təmsil etdiyi qurum tərəfindən pisləndiyi və bu siyasət davam edərsə Azərbaycana qarşı "Yeni qonşuluq" proqramının dayandırılacağı barədə verdiyi bəyanatı olub.

Politoloq onu da bildirib ki, Azərbaycan Avropa Birliyinə daxil olmasa da, artıq bu birlyin üzvləri olan Finlandiya, Böyük Britaniya, Fransa və digər dövlətlərlə ikitərəfli əlaqələrini qurub: "Avropa Birliyi ŞKTC-nin yolunu bağlayıb. İstəmir ki, bu dövlətlə digərləri əməkdaşlıq etsin. Rəsmi Bakı düz yoldadır. Avropa Birliyi bu məsələdə Azərbaycana heç bir təsir göstərə bilməz".

Digər politoloq Zərdüşt Əlizadə isə qeyd edib ki, Azərbaycan bir tərəfdən Avropa Birliyinə qəbul olmağa çalışır, digər tərəfdən isə bu qurumun prinsiplərinə qarşı çıxır: "Ancaq qurumun təmsilçisi Benito Ferrero-Valdnerin məlum bəyanat verməsinə baxmayaraq, Avropa Birliyi tərəfindən Azərbaycana qarşı heç bir təhlükəli addım atılacağına inanmıram".

Politoloq Qabil Hüseynli isə bildirib ki, Avropa Birliyinin komissarı B.F.Valdnerin bəyanatında həqiqət var: "Avropa Birliyi ŞKTC məsələsində Kofi Annan planını dəstəkləyir. Bu plana mane olan qüvvələrə qarşı sərt addımlar ata, Azərbaycanı hər hansı bir formada cəzalandıra bilər".

Xəbər lenti

Xəbər lenti