...

Bakı Yol Polisi gücləndirilmiş iş rejiminə keçib

Siyasət Materials 17 Oktyabr 2005 13:57 (UTC +04:00)

"Oktyabrın 17-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) iş rejimini gücləndirib". Bu barədə Trend ə BŞDYPİ-dəki mənbə bildirib.

Mənbə bildirib ki: "Yol polisinin gücləndirilmiş iş rejiminə keçməsi deputatlığa namizəd Rəsul Quliyevin tərəfdarlarının H.Əliyev adına Hava Limanında nəzərdə tutduğu qanunsuz aksiya ilə əlaqədardır. Əsasən H.Əliyev adına Hava Limanı istiqamətində olan şosse tam nəzarət altında saxlanılacaq. Yol polisi yol hərəkəti qaydalarını nizamlamaq üçün tam qüvvəsi ilə çalışacaq".

Yol polisindən onu da bildiriblər ki, Bakının bütün rayon yol polis idarələri bu işə cəlb olunub. Hava limanı şossesində əlavə postlar qoyulub. Ancaq həmin şosse ilə maşınların hərəkəti tam dayandırılmayacaq. Yol polisi bu qeyri-qanuni aksiya məqsədilə hava limanı istiqamətində hərəkət edən avtomobillərin qarşısını alacaq. "Bundan əlavə, kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan sürücülər də diqqətdən kənarda qalmayacaqlar. Çünki bəzən sürücülər də qarışıqlıqdan istifadə edib yol hərəkəti qaydalarına məhəl qoymurlar".

Mənbənin sözlərinə görə, gücləndirilmiş iş rejimi təxminən axşam saat 21.00-a qədər nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti