...

Mərkəzi kitabxanaya 50 min latın qrafikalı kitab verildi

Siyasət Materials 11 Noyabr 2005 20:50 (UTC +04:00)

"Hələ qədim Aleksandriya kitabxanasında 700 mindən artıq kitab qorunurdu. Bu gün Gəncə kimi böyük bir şəhərdə kitabxanalarda cəmi 400 min kitabın olması yaxşı göstərici deyil". Bu fikirləri Gəncə Mərkəzi kitabxanasına latın qrafikalı kitabların təqdim olunmasına həsr olunmuş tədbirdə yerli jurnalistlərlə söhbətində bildirən şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, hələ 2 il bundan əvvəl bu kitabxananın binasının yerində ticarət obyekti tikmək istəyirdilər. Bu gün isə kitabın, kitabxananın nə qədər əhəmiyyətli olduğundan danışmaq artıq olar. Şəhər rəhbəri kitabın dəyərindən, elmli, bilikli, inkişaf edən bir cəmiyyətdə kitabın rolunun vacibliyini vurğuladı.

Mərasimdə digər çıxış edənlər də latın qrafikalı ədəbiyyatın oxucular və yeni böyüyən nəslin elmi, bədii, mədəni dünyagörüşünün artırılmasında oynayacağı roldan söhbət açdılar.

Məlumat üçün deyək ki, hazırda Gəncəyə M.F.Axundov adına Milli Dövlət kitabxanası, Mədəniyyət nazirliyi və prezident İlham Əliyevin hədiyyəsi olaraq 200 adda 30 min bədii, elmi ədəbiyyat gətirilib. Və daha 6 min kitabın bu yaxınlarda gətirilməsi nəzərdə tutulur.

Bundan başqa Kəpəz bələdiyyəsi də hədiyyə olaraq kitabxanaya 55 adda latın qrafikalı ədəbiyyat verib.

Xəbər lenti

Xəbər lenti