...

"Bizim Azərbaycan" bloku son qərarını dekabrın 4-də verəcək

Siyasət Materials 3 Dekabr 2005 11:25 (UTC +04:00)

"Bizim Azərbaycan" blokunun dekabrın 4-də keçiriləcək toplantısında Müsavat Partiyasının sədri İsa Qəmbərin blokun liderliyindən uzaqlaşdırılması ilə bağlı son qərar veriləcək". Bu barədə Trend ə adıçəkilən blokun üzvlərindən olan Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib.

Qeyd edək ki, adıçəkilən blok iki yerə parçalanıb. Əhrar, Cümhuriyyət Xalq, Demokratik Birlik, Xalq və Əmək partiyaları İsa Qəmbəri "Bizim Azərbaycan" blokunun sədri kimi qəbul edir. Bloka daxil olan digər - Türk Millətçi, Xalq Azadlıq, İslam Demokrat, Yeni Turan, Demokratik Şəxsiyyətlər, Azad Azərbaycan, Xalq Qurtuluş, Yaşıllar və Demokratik Sağ partiyalar isə bunun əksinə çıxış edib.

V.Bəyturan qeyd edib ki, onlar bloka sədrliyin rotasiya sistemi ilə həyata keçirilməsinin tərəfdarıdırlar: "Biz bloka yalnız İsa Qəmbərin sədrlik etməsini qəbul edə bilmərik. Ona görə də bu məsələ ilə bağlı son qərarımızı verməliyik. İsa Qəmbəri özlərinə sədr hesab edən partiyaların da blokda qalıb qalmayacağı müzakirə ediləcək".

Xəbər lenti

Xəbər lenti