...

Azərbaycan XİN ekspertləri Xüsusi İşçi Qrupunun Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirəsinin iclasında iştirak edir

Siyasət Materials 12 Dekabr 2005 13:45 (UTC +04:00)

Azərbaycan XİN ekspertləri dekabrın 12-13-də Alma-Atada Xüsusi İşçi Qrupunun Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirəsinin iclasında iştirak edir. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

İşçi qrupu iştirakçılarının bu görüşünün 2004-cü ilin oktyabrında QFETM-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul olunmuş etimad tədbirləri kataloqununun həyata keçirilməsi məsələlərinin müzakirəsinin əsasını qoyacağı planlaşdırılır.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatına görə, iclas çərçivəsində iqtisadiyyat, humanitar və ekoloji, həmçinin, yeni çağırış və təhdidlərlə mübarizə sahələrində etimad tədbirlərinin tətbiqinə dir fikir mübadiləsi aparılacaq. İclasda AQFETM-ə üzv ölkələrin, həmçinin, müşahidəçi dövlət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Hazırda AQFETM-in 17 üzv ölkəsi var: Azərbaycan, Türkiyə, Əfqanıstan, Çin, Monqolustan, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Qırğızıstan, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Tayland, Özbəkistan. İndoneziya, Yaponiya, Koreya, Malayziya, Ukrayna, ABŞ, Vyetnam, həmçinin, BMT, ATƏT və Ərəb dövlətləri liqası forumda müşahidəçi statusuna malikdir. Müşavirənin birinici sammiti 2002-ci ilin iyununda Alma-Atada keçirilib.

Xəbər lenti

Xəbər lenti