...

Azərbaycan ilə İsveç arasında miqrasiya məsələləri müzakirə edilib

Siyasət Materials 13 Dekabr 2005 13:52 (UTC +04:00)

AR Nazirlər Kabinetində baş nazirin müavini, Dövlət qaçqınlar komitəsinin və Respublika humanitar yardım komissiyasının sədri Əli Həsənov ilə İsveçin miqrasiya naziri Barbro Holmberq arasında məsləhətləşmələr aparılıb. Trend bildirir ki, Azərbaycan və İsveçin miqrasiya siyasəti ilə məşğul olan dövlət strukturları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

B.Holmberq Azərbaycan-İsveç ticari-iqtisadi əməkdaşlığının dərinləşdirilməsi zərurətini vurğulayıb. İsveç nazirinin sözlərinə görə, Azərbaycanın İsveçdə və İsveçin Azərbaycanda səfirliklərinin açılması ikitərəfli əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

Baş nazirin müavini Əli Həsənov ölkədə ictimai-siyasi sabitliyə toxunaraq İsveç nümayəndə heyətinin üzvlərinə Azərbaycanın əsa problemi - Ermənistan-Azərbaycan-Dağlıq-Qarabağ münaqişəsinin nizama salınması barədə danışıb və Azərbaycan torpaqlarının işğalı, bir milyona yaxın dinc azərbaycanlının öz doğma yurdundan qovulması faktlarını onların diqqətinə çatdırıb.

Görüşdə Azərbaycanda miqrasiya proseslərinin nizama salınması, hüquqi baza məsələləri, eləcə də Azərbaycandan, o cümlədən üçüncü ölkə vətəndaşlarının İsveçə miqrasiyası probleminin əlaqələndirilməsi sahəsində Azərbaycanda mövcud olan hazırkı vəziyyət müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti