...

Novruz Məmmədov: İran və Azərbaycan əlaqələri yüksək səviyyədədir

Siyasət Materials 21 Dekabr 2005 14:24 (UTC +04:00)

Azərbaycan və İranın siyasi, iqtisadi və digər sahələrdə əlaqələri yüksək səviyyədədəir və bundan sonra da inkişaf edəcək. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının (PİA) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu ərəfədə Naxçıvanda Azərbaycan və İran prezidentlərinin apardıqları danışıqların nəticələrini şərh edərkən eksklyuziv məlumat verib.

N.Məmmədovun sözlərinə görə, prezidentlərin görüşü zamanı ikitərəfli əlaqələrə və onların inkişafı məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. "Və burada qeyd olunub ki, bizim ölkələr sıx tarixi bağlara malikdirlər və bizim xalqlarımız qardaşdırlar. Onların tarixi, dini, mədəni və digər əlaqələri dərin köklərə malikdir. Və bununla yanaşı, əsas amillərdən biri əməkdaşlığın daha da inkişaf etməsini tələb edən bizim qonşuluğumuzdur. Bu nöqteyi-nəzərdən iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq yüksək səviyyədədir və onların nəticələrinin göz qabağında olduğu qeyd olunub. İki ölkə arasında reallaşdırılan layihələr həqiqətən iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir", - deyə o bildirib.

Prezidentin İcra Aparatının nümayəndəsi bildirib ki, məsləhətləşmələr zamanı konkret qərarların qəbul edilməsinə baxmayaraq, söhbət hər iki tərəfin bütün müstəvilərdə inkişaf etməsində maraqlıdır. "Bu səbəbdən də prezidentlər qeyd ediblər ki, müxtəlif strukturların, şirkət və təşkilatların rəhbərlərinə, nazirlərə əlaqələri inkişaf etdirmək, iqtisadi əməkdaşlığın inkişafının imkanlarının öyrənilməsinə və müvafiq təkliflər təqdim edilməsinə dair göstərişlər veriləcək", - deyə N.Məmmədov bildirib.

N.Məmmədov uzun illər ərzində blokadada olan Naxçıvana İran qazının nəql olunmasını yüksək qiyməçtləndirib. Onun sözlərinə görə, ilkin mərhələdə qazı 4 mindən artıq abunəçi alacaq. Tezliklə bu göstərici 11-12 minə, daha sonra isə 42 minə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti