...

Seçkidə iştirak edən namizədlərin qeydə alınması prosesinə fevraldan başlanılacaq

Siyasət Materials 28 Yanvar 2006 13:27 (UTC +04:00)

Bu il mayın 13-də 10 seçki dairəsi üzrə parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edən şəxslərdən 60 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

MSK-dan bildirilib ki, hazırda namizədliyi qeydə alınan yoxdur. Çünki seçkidə iştirak edən namizədlərin qeydə alnıması prosesinə fevral ayından başlanacaq. Seçki Məcəlləsinin tələblərinə görə, səsvermə gününə 105 gün qalmış namizədlərin bütün sənədləri, o cümlədən imza vərəqələrini təhvil verməsi müddəti başa çatır. İmza vərəqələri təhvil verdikdən sonra namizədin qeydiyyat məsəlsinə baxılır.

Xəbər lenti

Xəbər lenti