...

Azərbaycan prezidenti Gürcüstan parlament sədrinin müavinini qəbul edib

Siyasət Materials 2 Fevral 2006 19:13 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 2-də Gürcüstan parlament sədrinin müavini, Ticarət-sənaye Palatasının prezidenti Cemal İnaişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Gürcüstan əlaqələri bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində uğurla inkişaf etdirilir. İlham Əliyev qeyd edib ki, əməkdaşlıq hökumətlərarası səviyyədə də genişləndirilir və Birgə iqtisadi komissiyanın bir çox məsələləri həll etdiyi buna sübutdur.

Öz növbəsində C. İnaişvili Gürcüstan prezidenti Mixayıl Saakaşvilinin salamını və Gürcüstan dövlət başçısının enerji böhranı zamanı göstərilən dəstəyə görə təşəkkürünü İlham Əliyevə çatdırıb. Parlament sədrinin müavini Gürcüstanla Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti