...

Elçin Quliyev: "Azərbaycanın sərhədlərində "quş qripi"nin yayılmasının qarşısını almaq məqsədilə bütün zəruri tədbirlər görülüb"

Siyasət Materials 25 Fevral 2006 14:13 (UTC +04:00)

"Azərbaycanın sərhədlərində "quş qripi"nin yayılmasının qarşısını almaq məqsədilə bütün zəruri tədbirlər görülüb". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib.

O xatırladıb ki, "quş qripi"nin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası yaradılıb. Komissiya üzvləri vaxtaşırı toplaşır və müxtəlif fəaliyyət proqramları hazırlayır.

E.Quliyevin sözlərinə görə, sərhəd nəzarət məntəqələrində Kənd təsərrüfatı nazirliyinin zəruri yoxlamalar aparan nümayəndlələrinə köməklik göstərilir. "Əgər biz digər "yaşıl sərhəd"də ölü quş cəmdəkləri aşkar ediriksə, bu barədə yerli baytarlıq orqanlarına və Səhiyyə nazirliyinin nümayəndələrinə xəbər veririk", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti