...

ATƏT-in Bakı ofisinin seminarında 6 seçki sistemi müzakirə olunur

Siyasət Materials 27 Fevral 2006 15:41 (UTC +04:00)

ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən siyasi partiya rəhbərlərinin iştirak etdiyi seminarın birinci günündə 6 seçki sisteminin Azərbaycanda tətbiq olunması məsələsi müzakirə edilib. Bu barədə Trend ə adıçəkilən seminarda iştirak edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənforğlu onu da bildirib ki, seminarda ATƏT Parlament Assambleyasının İtaliyadan gələn vitse-priezidenti və italiyalı parlamentarilər məruzə ilə çıxışlar edib: "Partiyaların maliyyələşdirilməsi ilə bağlı məsələ də müzakirə obyekti olub. Gələcəkdə bunun qanunvericilikdə necə təsbit olunacağı barədə fikir mübadiləsi aparılıb".

Millət vəkili onu da vurğulayıb ki, seminarda ölkədə fəaliyyət göstərən əksər partiya liderləri iştirak edib və ayrı-ayrılıqda çıxışlar ediblər. Seminarda heç bir sənədin qəbul olunmayacağını deyən F.Qəzənfəroğlu yalnız dinləmələr aparıldığını bildirib.

Qeyd edək ki, ATƏT-in Bakı ofisinin keçirdiyi seminarın əsas müzakirə mövzuları "Siyasi partiyaların maliyyələşdirilməsi" və "Seçki sistemi" ilə bağlıdır. Seminar öz işini fevralın 28-də yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti