...

Artıq Naxçıvanda da qızılca və məxmərək xəstəliklərinə qarşı peyvəndə başlanıb

Siyasət Materials 2 Mart 2006 21:10 (UTC +04:00)

Artıq Naxçıvanda da qızılca və məxmərək xəstəliklərinə qarşı peyvəndə başlanıb. Trend in bölgə müxbiri bildirir ki, bu işə rəhbərliyi Naxçıvan şəhər Zərifə Əliyeva adına poliklinikanın baş həkimi Xuraman Hacızadə edir. Xuraman xanım bildirib ki, şəhərdə peyvənd üçün iki daimi məntəqə yaradılıb. Biri Naxçıvan şəhər ana və uşaq mərkəzində, digəri isə Naxçıvan şəhər poliklinikasında. Eyni zamanda hesablamalara görə, yoluxucu xəstəliklərdən 45% ağır fəsadlarla və ölümlə nəticələnən bu xəstəliklərin peyvəndi vacib məsələdir. Bu xəstəlik üçün 2079 nəfər Muxtar Respublika üzrə peyvənd olunacaq.

Bu xəstəlikləri əvvəllər keçirməsindən asılı olmayaraq yenə də həmin şəxslərə peyvənd vurulacaq. Muxtar Respublika üzrə 13 müvəqqəti briqada və mobil briqadalar fəaliyyət göstərir. Peyvənd pulsuzdur. Briqadalarda 4 nəfər fəaliyyət göstərir - həkim, qeydiyyatçı, tibb bacısı və vaksinator.

O, həmçinin bildirib ki, peyvəndin əks göstəriciləri var. Bunlar qan xəstəlikləri olan xroniki xəstəliklərin kəskin dövründə qan köçürülmüş xəstələrə, hamilələrə və bu xəstəliklərə qarşı əvvəllər peyvənd alarkən allergiya olanlara peyvənd vurulmur. Xroniki ağırlaşmalar isə milyonda bir nəfərdə ola bilər. Fevralın 27-də, peyvəndə başlayan gün 1400 nəfərə, 28-də 2770 nəfərə, martın 1-də 1927 nəfərə peyvənd edilib. Peyvəndin aparılması mar ayının 13-dək davam edəcək.Xuraman xanım onu da bildirib ki, NMR-ə 143 min doza gətirilib.Gündəlik vurulan peyvəndlərin sayı barədə isə NMR Ali Məclisinə, Muxtar Respublika səhiyyə nazirliyinə və şəhər icra hakimiyyətinə məlumat verilir.

Xəbər lenti

Xəbər lenti