...

Volfqanq Şporer: "Avropa parlamentinin qətnaməsi bu parlamentdə təmsil olunan dövlətlərin mövqeyini əks etdirmir"

Siyasət Materials 3 Mart 2006 14:37 (UTC +04:00)

"Avropa parlamentinin Naxçıvanın Culfa rayonunda erməni qəbrlərinin dağıdılması faktı üzrə çıxardığı qətnamə bu parlamentdə təmsil olunan dövlətlərin mövqeyini deyil, onun ayrı-ayrı üzvlərinin subyektiv mövqeyini əks etdirir". Trend in xəbər verdiyi kimi, bu barədə martın 3-də jurnalistlərə Europa House təşkilatının Azərbaycandakı koordinatoru Volfqanq Şporer bəyan edib.

Onun sözlərinə görə, Avropa parlamentində 25 dövlətin elə həmin sayda könüllü üzvü təmsil olunur və bu və ya digər məsələ ilə bağlı onların hər birinin öz fikri var.

Avropa Birliyinin nümayəndəsi təşkilatın xristian yönümlü mövqedə olması ilə bağlı yayılmış fikri təkzib edib. "AB dini dəyərlər üzərində yaranmayıb və xristian klubu deyil, təşkilat demokratik prinsiplərə əsaslanır", - deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti