...

Eldar Namazov: "Təkrar seçkidən sonra "Yeni Siyasət" blokunda ciddi dəyişikliklər baş verəcək"

Siyasət Materials 4 Mart 2006 13:06 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun təkrar parlament seçkilərindən dərhal sonra siyasi bloka çevrilməsinə dair qərar veriləcək. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov məlumat verib. O, bildirib ki, blokun Koordinasiya Şurası təkrar parlament seçkisində iştrak etməyə qərar verdiyi üçün siyasi bloka çevrilmə barədə qərar da may ayına qədər təxirə salınıb.

"Təkrar parlament seçkisində iştirak edən üzvlərə süni maneələr yaratmamaq üçün biz bu məsələni uzatdıq. Ona görə də seçki başa çatdıqdan sonra siyasi blokun yaradılması barədə müvafiq qərar veriləcək. Amma təkrar seçkidən sonra "Yeni Siyasət" blokunda ciddi dəyişikliklər baş verəcək. Bəzi üzvlər bloku tərk edəcək, həmçinin yeni üzvlər bloka daxil olacaq. Çünki seçki bitdikdən sonra siyasi situasiyanın növbəti mərhələsində blokun indiki tərkibin olduğu kimi qalması, buradakı qüvvələrin maraqlarının və mövqelərinin tam üst-üstə düşməsi mümkün deyil"-deyə E.Namazov bildirib.

O, həmçinin, qeyd edib ki, siyasi bloka çevrildikdən sonra "Yeni Siyasət" digər bloklarla da əməkdaşlıq edəcək. E.Namazov bu sırada "Azadlıq" bloku ilə də əməkdaşlığın mümkün olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti