...

DİN tərkibində yaradılmış Miqrasiya Xidməti may ayından tam gücü ilə fəaliyyətə başlayacaq

Siyasət Materials 27 Mart 2006 11:50 (UTC +04:00)

Trend-i buradan izləyin

2005-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) tərkibində yaradılmış Miqrasiya Xidməti may ayından etibarən tam gücü ilə fəaliyyətə başlayacaq. Bu barədə Trend ə Xidmətin rəhbəri Şövqi Hadiyev məlumat verib.

Ş.Hadiyevin sözlərinə görə, xidmətin bu günə qədər tam gücü ilə fəaliyyət göstərməməsinin səbəbi bina problemi ilə əlaqədardır. "Binəqədi rayonu ərazisində, Ayna Sultanovanın heykəli yaxınlığında Miqrasiya Xidməti üçün yeni bina inşa edilir. Binanın inşası may ayında başa çatacaq və həmin ayın sonunda binanın təntənəli açılışı olacaq" - deyə Ş.Hadiyev bildirib.

Miqrasiya Xidmətinin inzibati binasının açılışda daxili işlər naziri Ramil Usubovun da iştirakı gözlənilir.

Qeyd edək ki, DİN tərkibində ötən il yaradılmış Miqrasiya Xidmətinə daxili işlər nazirinin əmri ilə "İnterpol"un Mərkəzi Bürosunun rəis müavini Şövqi Hadiyev rəhbər təyin olunub.

Qurum Azərbaycanda yaşayan əcnəbilərin fəaliyyətini nəzarətdə saxlamağı, əcnəbi vətəndaşların hərəkətlərində hər hansı qeyri-qanuni fakt aşkar etdikdə onların qanun çərçivəsində öz ölkələrinə deportasiya edilməsini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti