İtaliya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Trend in məlumatına görə, belə bir bəyanatla martın 30-da İtaliyanın ədliyyə naziri Roberto Kastelli Azərbaycanın Milli Məclisinin (parlamentin) spikeri Oqtay Əsədovla görüşü zamanı bildirib.
R. Kastelli xatırladıb ki, iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq barədə protokol imzalanıb ki, bu da İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə imkan verir. "Əməkdaşlıq təkcə hökumətlərarası sahəyə deyil, həm də iki ölkənin qanunverici orqanları arasında əlaqələrə də aiddir", -deyə İtaliyanın ədliyyə naziri bəyan edib.
Öz növbəsində, Azərbaycan parlamentinin spikeri bildirib ki, R. Kastellinin Bakıya hazırki səfəri, eləcə də onunla Azərbaycan parlamentində aparılan danışıqlar ikitərəfli əməkdaşlığı daha da genişləndirməyə imkan verir.