...

Zakir Qaralov: Həbsdə olan sabiq iqtisadi inkişaf və səhiyyə nazirlərinin cinayət işləri üzrə kifayət qədər faktlar toplanılıb

Siyasət Materials 30 Mart 2006 14:34 (UTC +04:00)
Zakir Qaralov: Həbsdə olan sabiq iqtisadi inkişaf və səhiyyə nazirlərinin cinayət işləri üzrə kifayət qədər faktlar toplanılıb

Həbsdə olan sabiq iqtisadi inkişaf və səhiyyə nazirlərinin cinayət işləri barədə kifayət qədər faktlar toplanılıb. Trend "ATV"-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Baş prokuroru Zakir Qaralov məlumat verib.

Baş prokuror bildirib ki, maddi sübutlar sabiq nazirlərin fəaliyyətindəki qanun pozuntularını tam təsdiqləyir. Belə ki, söhbət əsasən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarından gedir.

"Səhiyyə obyektlərinin qeyri-qanuni özəlləşdirilməsi, İqtisadi İnkişaf Nazirliyi tərəfindən dövlşət əmlakının qeyri-qanuni özəlləşdirilməsi və mənimsənilməsi, bir çox rüşvət faktları mövcuddur. Ümumiyyətlə, cinayət işinin həcmi genişdir" - deyə Baş prokuror vurğulayıb.

Z.Qaralov həmçinin "Barmek-Azərbaycan" Elektrik Şəbəkəsinin fəaliyyəti ilə əlaqədar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan cinayət işinin istintaqı barədə də məlumat verib. O bildirib ki, qanunsuzluq faktlarının istintaq tərəfindən aşkarlanması davam edir. "Dəlillər əsasən korrupsiya ilə əlaqəlidir. Şirkətin prezidenti Hüseyn Arabul ifadə vermək üçün prokurorluğa çağırılsa da, hələlik onun məsuliyyətə cəlb olunmasından danışmaq tezdir" - deyə Baş prokuror vurğulayıb.

Xəbər lenti

Xəbər lenti