Azərbaycan bələdiyyələrinin Milli Assosiasiyası (ABMA) ölkə regionlarının sosial-iqtisadi inkişafında mühüm rol oynaya bilər ki, bunun üçün də hər bir rayonun spesifik xüsusiyyətlərini nəzərə almaqla hazırlanan strategiya hazırlanmalıdır. Trend in verdiyi məlumata görə, aprelin 6-da ABMA-nın yaradılması üzrə işçi qrupun 3-cü görüşünün gedişində Avropa Şurasının münaqişəli vəziyyətlər üzrə məsləhətçisi Ouen Masters bəyan edib.
Onun sözlərinə görə, ABMA-nın fəaliyyəti ayrıca götürülən şəhər, kənd və qəsəbə bələdiyyələrinin fəaliyyəti ilə əlaqədar problemli məsələlri həll etməyə imkan verməlidir.
Onun sözlərinə görə, tezliklə təkcə bələdiyyə üzvlərinin deyil, rəhbər tərkibin də iştirak edəcəyi treninq və seminarların keçirilməsinə başlanılacaq. "Biz belə bir fikrə gəlmişik ki, bütün treninq və seminarda iştirak pulsuz olsun", -deyə ekspert bildirib.
O. Masters Seçki sistemləri üzrə Beynəlxalq Fondun (IFES) Azərbaycanın iki bələdiyyəsində - Lökbatan və Əli Bayramlıda uğurla keçirilən treninqləri misal göstərib. "Bu treninqlərin əsas məqsədi strateji planlaşdırma və şəffaflıqla bağlıdır", -deyə AŞ eksperti bildirib və bu uğurlu tədbirlərin sayının artırılmalı olduğunu qeyd edib.
Qeyd edək ki, ABMA-nın 2007-ci ildə yaradılması nəzərdə tutulub.
Bakıda "Kresent Biç" mehmanxanasında ABMA-nın yaradılması üzrə işçi qrupun üçüncü görüşü başlayıb. Trend ə, verilən məlumata görə, iclasın gedişində yerli hakimiyyətin Milli Assoasiyası çərçivəsində təşkilati struktur və daxili idarəetməyə həsr olunan məsələlər üzrə fikir mübadiləsi aparılıb.