...

Aydın Mirzəzadə: "Ermənilərin Azərbaycanın mədəni və təbii sərvətlərini məhv etməsi məsələsini AŞPA-da qaldıracağıq"

Siyasət Materials 6 Aprel 2006 16:40 (UTC +04:00)

Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Ermənsitanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi abidələrinin, flora və faunasının məhv edilməsi məsələsini qaldıracaq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, prosedur qaydaya görə belə məsələlərin AŞPA-da birdən-birə qaldırılması mümkün deyil: "Aprelin 13-də Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı məsələ müzakirə olunacaq. Burada çıxış edib biz ermənilərin Azərbaycanın işğal etdiyi ərazilərində tarixi abidələrimizi dağıtmaları, bəzilərini özününküləşdirmələri, təbii sərvətlərimizi talan etmələri məsələsini də qaldıracağıq".

A.Mirzəzadə qeyd edib ki, hər sessiya vaxtı bu və ya digər məsələlərlə bağlı Avropa Şurası Nazirlər Komitəsinə sorğu da göndərilir. Məlum məsələ ilə bağlı sorğunun göndərilməsi də nəzərdə tutulub. Millət vəkili onu da bildirib ki, Azərbaycan tərəfindən hər hansı bir məsələ AŞPA-nın iclaslarında qaldırılmazdan öncə bununla bağlı dövlət orqanlarından alınan statistik rəqəmlər əsas götürülür: "Azərbaycanın nümayəndə heyəti ermənilərdən fərqli olaraq həmişə tutarlı faktlarla danışıb. Ermənilərin mədəni və təbii sərvətlərimizin məhv etməsi ilə bağlı əlimizdə yetərincə məlumat və faktlar var". Millət vəkili bildirib ki, məlum məsələnin müzakirəsi zamanı bu faktlardan istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti