...

"Azad və Ədalətli Seçkilər Uğrunda" şura təkrar seçkilərin aprelin 12-dək olan monitorinqinin nəticələrini açıqlayıb

Siyasət Materials 13 Aprel 2006 17:37 (UTC +04:00)

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası
13 mayda Milli Məclisə keçiriləcək təkrar seçkilərin 12.04.2006-cı ilə qədərki dövrünün monitorinqinin nəticələrinə dair hesabatını açıqlayıb.

Məşvərət Şurasından Trend ə bildirilib ki, hesabatda namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi istisna olmaqla monitorinqin digər istiqamətlərinin təhlili və dəyərləndirilməsi, həmçinin təkrar seçkilərin normativ-hüquqi bazasının monitorinqi əksini tapıb.

Hesabata görə seçici siyahılarının hazırlanması və seçicilərin onlarla tanış olması prosesində nöqsanlar var və bunun da nəticəsində siyahılara adları salınmayan seçicilərin sayı artır. Bundan başqa "Seçkilər" İnformasiya Mərkəzənin siyahısında məlumatlar yeniləşməyib və Prezidentin 25 oktyabr 2005-ci il tarixli Sərəncamının 2.4 bəndinin tələblərinə zidd olaraq orada seçicilərin ünvanları göstərilməyib.

Monitorinqin nəticələrinə görə, seçicilərin maarifləndirilməsi istiqamətində görülən işlər qənaətbəxş deyil, həmçinin MSK Seçki Məcəlləsinin bir sıra maddələrinə əməl etməyib və müvafiq tədbirləri həyata keçirməyib. Dairə və məntəqə seçki komissiyaları da eyni zamanda öhdəsinə düşən bir sıra işləri yerinə yetirməyib. Namizədlərin seçkiqabağı kampaniyasında bir sıra nöqsanlar və kənar müdaxilələr aşkarlanıb. MSK-nın təlimatları və sənədləri Seçki Məcəlləsinin bir sıra müddəalarına və Prezidentin 25 oktyabr 2005-ci il tarixli sərəncamına uyğrunlaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti