...

"Azadlıq" blokunun fəaliyyət istiqamətlərinə dair sənəd təsdiq edilib

Siyasət Materials 14 Aprel 2006 16:25 (UTC +04:00)

Aprelin 14-də "Azadlıq" siyasi blokunun fəaliyyət istiqamətlərinə dair sənəd təsdiq edilib. Trend in məlumatına görə, bu barədə qərar blokun Məclisinin iclasında qəbul edilib.

Fəaliyyət planına "Azadlıq" blokunun qurumlarının formalaşdırılması, daimi fəaliyyət göstərən Mərkəzi Seçki (Referendum) Qərargahının yaradılması, ayda üç dəfədən az olmayaraq qrafik əsasında blok rəhbərliyinin Məclis üzvləri ilə görüşü, gənclərin aktiv siyasətə cəlb olunması istiqamətində fəaliyyət göstərmək, gələcəkdə blokun mətbu orqanının yaradılması və diqər məsəllər daxildir.

Bloka daxil olan siyasi partiyaların yerli təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Koordinasiya Şuraları, həmçinin Sədrlər Şurasının təşkilat, təbliğat və mətbuat, beynəlxalq əlaqələr, analitik informasiya, ictimai əlaqələr üzrə icra qurumlarını yaratması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti