2006-cı il aprelin 19-da Minskdə MDB iştirakçısı olan dövlətlərin sərhəd qoşunları komandanları Şurasının 55-ci iclası keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.
İclas iştirakçıları Razılaşdırılmış sərhəd siyasəti Konsepsiyasının reallaşdırılması, 2007-ci ildə Sərhəd qoşunları komandanları Şurasının Əlaqə xidmətinin fəaliyyəti üzrə təşkilati xarakterli birgə tədbirlərin keçirilməsi planlarını müzakirə edəcəklər.
Eləcə də 2006-cı ildə idarələrarası operativ-profilaktik tədbirlərin və xüsusi sərhəd əməliyyatlarının keçirilməsinə hazırlıq məsələləri də müzakirə olunacaq.