...

Azərbaycan Respublikasının "Daxili Işlər Orqanlarında qüsursuz xidmətə görə" medalının Əsasnaməsi və təsviri təsdiqlənib

Siyasət Materials 26 Aprel 2006 12:53 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev "Daxili Işlər Orqanlarında qüsursuz xidmətə görə" medalının əsasnaməsi və təsviri" haqqında qanunun tətbiqi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə bir ay ərzində mövcud qanunvericilik aktlarını həmin qanunla uzlaşdırmaq, həmçinin Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarını bu qanunun müddəalarına uyğunlaşdırmaq tapşırılır.

Həmçinin "Daxili Işlər Orqanlarında qüsursuz xidmətə görə" medalının mətni və təsviri də açıqlanıb.

Bu medalla Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10, 15 və 20 il xidmət keçmiş (SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla) əməkdaşlar təltif edilirlər. Daxili işlər orqanlarının əməkdaşları "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının üç dərəcəsi vardır: 1-ci, 2-ci və 3-cü dərəcələr (20, 15 və 10 il xidmət). 1-ci dərəcəli medal ən ali dərəcədir.

"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Medalın diametri 32 mm-dir. 1-ci dərəcəli medal - qızılı, 2-ci dərəcəli medal daxildəki çevrənin səthi və çələng gümüşü olmaqla qızılı, 3-cü dərəcəli medal isə gümüşü rənglidir.

Xəbər lenti

Xəbər lenti