Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mayın 7-də keçiriləcək qurultayına "Azadlıq" blokunun liderləri dəvət olunmayacaqlar. Bu barədə Trend ə Etibar Məmmədovun liderlik etdiyi AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov məlumat verib.
O, bildirib ki, qurultay nümayəndələrinin təxmini sayı 430-450 nəfər olacaq. Onlardan 370 nəfəri partiyanın seçkili orqanlarının nümayəndələridir. Qurultaya həmçinin tanınmış ictimai-siyasi xadimlər də qonaq qismində dəvət olunacaqlar.
"Lakin təkcə "Azadlıq" blokunda təmsil olunan partiyaların rəhbərləri - Əli Kərimli, Lalə Şövkət, Əli Əliyev və Sərdar Cəlaloğlu AMİP-in qurultayına çağırılmayacaqlar. Çünki onların AMİP-ə qarşı qərəzli mövqeyi indi də davam edir"-deyə Əli Orucov bildirib.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin isə dəvət olunub-olunmamsı ilə bağlı AMİP-də hələlik qəti qərar yoxdur.