...

MSK seçicilərin və aşağı komissiya üzvlərinin maarifləndirilməsi işini davam etdirir

Siyasət Materials 2 May 2006 13:08 (UTC +04:00)

13 may təkrar parlament seçkiləri ilə bağlı seçicilərin və aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi işi davam etdirilir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Komissiyadan bildirilib ki, indiyə qədər dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsi və hüquqi biliklərinin artırılması məqsədilə 3 seminar-müşavirə keçirilib. Bundan başqa, MSK-nın treninq qrupu aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirib. Hazırda treninq qrupu aşağı seçki komissiyalarının rəhbərləri ilə protokolun doldurulmasına məsul olan üzvlərlə fərdi qaydada təlimlər keçirlər.

Təkrar seçkilərə start verilən gündən etibarən seçicilərin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə MSK üzvlərinin və Komissiya Katibliyinin əməkdaşlarının 74 çıxışı ölkə televiziyalarının efirlərində verilib. AzTV vasitəsilə 3 dəyirmi masa təşkil olunub, MSK üzvlərinin 100-dən çox məqaləsi, müsahibəsi və açıqlamaları çap informasiya vasitələrində yer alıb. Ümumilikdə isə qəzetlərdə MSK-nın fəaliyyətinə həsr olunmuş 500-ə qədər məqalə çap olunub. MSK üzvlərinin KİV-lərdə çıxışları səsvermə gününə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti