...

Tomas Hammerberq: Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı nə isə demək hələlik tezdir

Siyasət Materials 5 May 2006 14:52 (UTC +04:00)
Tomas Hammerberq: Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı nə isə demək hələlik tezdir

Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı nə isə demək hələlik mənim üçün tezdir. Trend in xəbərinə görə, bu barədə Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq məlumat verib.

Cənab Hammerberq bunu onunla əsaslandırıb ki, o, bu vəzifəyə təqribən bir aydır ki, təyin olunub və hazırda Azərbaycandakı vəziyyət barədə geniş məlumata malik deyil.

"Mənim Azərbaycana ilk rəsmi səfərim cari ilin payızına planlaşdırılıb. Bu müddət ərzində Azərbaycanda insan haqlarının durumu ilə bağlı müəyyən araşdırmalarımı da aparacağam və ümid edirəm ki, artıq rəsmi səfərimdə bu sahədəki vəziyyət barədə fikir söyləyə biləcəyəm" - deyə cənab Hammerberq söyləyib.

Xəbər lenti

Xəbər lenti