...

MSƏM-in mitinqə hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib

Siyasət Materials 12 May 2006 11:24 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) mitinqə hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə Təşkilat Komitəsindən bildiriblər.

Qeyd edək ki, MSƏM Dağlıq Qarabağ problemi ilə bağlı ilk mitinqini mayın 6-a planlaşdırmışdı. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə icazə vermədiyindən MSƏM mitinqini təxsirə salıb.

Təşkilat Komitəsindən bildiriblər ki, həm Ümid Partiyası, həm də Azərbaycan Milli İstiqlal Partiyası təkrar seçkilərdə iştirak etdiyindən mitinqin vaxtı uzadılıb. Növbəti mitinqinin tarixini mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdən sonra müəyyənləşdirəcək.

Qeyd edək ki, MSƏM-də AMİP, Ümid, Tərəqqi, Milli Demokrat partiyaları ilə yanaşı Milli Dirçəliş Hərəkatı təmsil olunur.

Xəbər lenti

Xəbər lenti