...

Sabir Rüstəmxanlı: "Təkrar parlament seçkilərinin nəticələri bizi qane etdi"

Siyasət Materials 18 May 2006 12:30 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) təkrar parlament seçkilərinin nəticələrindən razı qalıb. Bu barədə Trend ə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı açıqlama verib.

O, bildirib ki, VHP-nin namizədi Fəzail İbrahimli 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsindən seçkiyə qatıldı və qalib gəldi. S.Rüstəmxanlı partiyanın namizədinin seçki prosesində iştirakına istinad edərək seçkinin ayrı-ayrı mərhələlərinin də problemsiz keçdiyini deyib: "Seçki ərəfəsində iki günlüyə 69 saylı dairədə oldum, Fəzail İdrahimli ilə kəndləri gəzdim. Onun təbliğatına heç bir maneə yox idi. Seçkinin nəticələri də bizi qane edir, çünki bizim namizədimiz qalib gəlib. Beynəlxalq təşkilatların rəylərindən də belə məlum olur ki, kifayət qədər obyektiv seçki keçirilib".

S.Rüstəmxanlı əlavə edib ki, bir sıra seçki dairələrində problemlərin baş verməsi də istisna deyil. Onun sözlərinə görə, təkrar seçkilərin keçirildiyi 10 dairənin nəticələri Azərbaycan üçün çox əhəmiyyətli idi: "Güman edirəm ki, hakimiyyət dairələrində bəzi adamlar, xüsusilə bu yükü daşıyan şəxslər başa düşürdülər ki, seçki prosesinə müdaxilələr seçkinin nəticələrinə ziyan vura bilər. Müşahidəçilərin rəyləri və "exit-poll"ların nəticələrinin seçkinin rəsmi nəticələri ilə üst-üstə düşməsi də seçkinin məqbul olduğunu göstərir. Amma istənilən halda seçkidə narazılıqlar olur. Çünki seçkidə uduzan adamlar həmişə narazılıq edirlər".

Xəbər lenti

Xəbər lenti