...

Qərib Məmmədov: Azərbaycan və Rusiya arasında dövlət sərhədinin artıq 80%-i razılaşdırılıb

Siyasət Materials 26 May 2006 11:45 (UTC +04:00)

Azərbaycan və Rusiya arasında dövlət sərhədinin artıq 80%-i razılaşdırılıb. Bu barədə Trend ə torpaq və xəritəçəkmə üzrə dövlət Komitəsinin sədri Qərib Məmmədov hər iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə danışıqların gedişini şərh edərkən bildirib.

Onun sözlərinə görə, razılaşdırılmamış 3 sahə qalıb. "1-ci sahə Balakən rayonu ərazisində Azərbaycan, Rusiya və Gürcüstan sərhədlərinin qovuşuğundadır. "Su qovşağı" adlı sahə və kiçik meşə massivi də mübahisəlidir", - deyə Q.Məmmədov qeyd edib. O bildirib ki, bu məsələlər delimitasiya və demarkasiya üzrə hökumətlərarası komissiyanın Dərbənddə keçirilmiş sonuncu iclasında müzakirə olunub.

Komitə başçısı bildirib ki, komissiya üzvləri mübahisəli sahələrə şəxsən baş çəkib və xəritələrdə müəyyən dəqiqləşdirmələr aparıb. O məlumat verib ki, Azərbaycan və Rusiya arasında danışıqlar 2006-cı il mayın sonu - iyunun əvvəlində Bakıda davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti