Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu Bakıya gəlib.
Bu barədə Trend ə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Gennadi Yevsyukov məlumat verib.
Onun sözlərinə görə, FHN başçısı Azərbaycana dünən gəlib. Səfər Şəhidlər Xiyabanı və keçmiş prezident Heydər Əliyevin abiləsinə əklil qoyulmaqla başlayıb.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla danışıqların aparılması və danışıqların nəticələri üzrə sənədin imzalanması planlaşdırılır. Səfər proqramına uyğun olaraq Azərbaycan prezidenti İlham Əliyevlə də görüş keçirilə bilər", - deyə diplomat qeyd edib.
Səfər bu gün günün 2-ci yarısında başa çatacaq.