Milli Təhlükəsizlik Nazirliyi Mahmudəli Çöhrəqanlının Azərbaycandan deportasiya olunması xəbərini təkzib edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Milli təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Arif Babayev məlumat verib.
A.Babayev bildirib ki, belə xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil. Mahmudəli Çöhrəqanlı iyunun 10-da Türkiyədən Azərbaycana gəlib. İyunun 11-də isə səhər Bakı - İstanbul - Nyu-York reysi ilə Azərbaycanı könüllü şəkildə tərk edib.