...

İqbal Ağazadə: "Müsavat Partiyası MSK-ya nümayəndəsini göndərməlidir"

Siyasət Materials 21 İyun 2006 13:43 (UTC +04:00)

"Biz hesab edirik ki, bələdiyyə seçkilərinə qədər Mərkəzi Seçki Komissiyası tam formalaşdırılmalıdır". Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

O qeyd edib ki, bütün seçki komissiyalarının tam formalaşdırılması qarşıdan gələn bələdiyyə seçkilərinə qədər baş çatdırılmalıdır: "MSK-da, dairə və məntəqə seçki komissiyalarında müxalifətin yeri boş qalmamalıdır. Hər şey Milli Məclisin fövqəladə iclasında məlum olacaq. Həmin iclasda seçki komissiyalarının formalaşdırıması, komissiya üzvlüyünə irəli sürülən nümayəndələrin təsdiq olunması məsələləri həllini tapacaq. Fövqəladə iclasın nə zaman keçiriləcəyi isə hələ məlum deyil"-deyə millət vəkili bildirib.

İqbal Ağazadə Ümid Partiyasının MSK-ya öz nümayəndəsini təyin edəcəyini deyib. O, Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməkdə tərəddüd etməsinə də münasibətini bildirib: "Müxlifət uzun illərdir ki, seçki komissiyalarının paritet əsasda formalaşdırılması uğrunda mübarizə aparır və heç bir nəticə də yoxdur. Əgər nəticə yoxdursa, mümkün olan başqa imkanlardan da imtina etməmək düzgün deyil. Mən hesab edirəm ki, Müsavat Partiyası MSK-ya nümayəndəsini göndərməlidir və bu fayda verər".

Xəbər lenti

Xəbər lenti