...

Əl-İsaavi: "İraq Azərbaycanla hava rabitəsinin tezliklə bərpasında maraqlıdır"

Siyasət Materials 22 İyun 2006 13:40 (UTC +04:00)
Əl-İsaavi: "İraq Azərbaycanla hava rabitəsinin tezliklə bərpasında maraqlıdır"

"İraq hökuməti Azərbaycanla əməkdaşlığa dair 4 sazişi nəzərdən keçirir. Bunlardan biri hər iki ölkə arasında hava rabitəsinin bərpasıdır. Ümidvaram ki, yaxın günlərdə bu istiqamətdə konkret qərar qəbul olunacaq". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 22-də jurnalistlərlə söhbətində İraqın Rusiyadakı xarici işlər üzrə dövlət naziri Əl-İsaavi bəyan edib.

O qeyd edib ki, Bakı-Bağdad hava marşrutu ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyət kəsb edir. Əl-İsaavi bildirib ki, bu günlərdə İraqın planlaşdırma nazirinə və birbaşa baş nazirə bu marşrutun tezliklə açılması zəruriliyi barədə xüsusi tövsiyə göndərib.

Xəbər lenti

Xəbər lenti