...

Alternativ DAK-ın bank hesabı bağlandı

Siyasət Materials 24 İyun 2006 11:44 (UTC +04:00)

İçveçin paytaxtı Stokholmda qurultay keçirən alternativ DAK-ın bankdakı hesabları bağlanıb. Bu barədə Trend ə Cavad Derəxtinin sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib.

DAK-ın mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib ki, DAK-dan ayrılmış bir qrup Stokholmda özlərinin qurultayını keçirir və DAK adına öz bank hesablarını açıblar. "Bank hesabının adı da onların təsisçisi olduğu GünAzTv-də də reklam olunurdu. DAK-ın şikayəti əsasında İsveçin müvafiq orqanları məsələyə müdaxilə ediblər. "Biz DAK-ın bütün hüquqi sənədlərini təqdim etdik və qarşı tərəfindən bu təşkilatın adına bank hesabı açmasının qanunsuz olduğunu sübuta yetirdik. Stokholmda qurultay keçirən alternativ qrupun bundan sonra bankda hesabı olmayacaq. İsveç qanunlarına görə, saxta adla bank hesabı açılmasına görə şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Amma biz məsələnin bu həddə çatmasını istəmədik və soydaşlarımız olduqları üçün milli həmrəylik əlaməti olaraq şikayət etmədik"-deyə Əli Nicat bildirib.

O əlavə edib ki, DAK sədri Cavad Derəxti qarşı tərəfin Stokholmda bu təşkilatın adı altında qurultay keçirməsini əngəlləmək istəməyib.

Xəbər lenti

Xəbər lenti