...

Cənubi Azərbaycana səfər edən İran prezidenti umumilikdə 19 şəhərə baş çəkib

Siyasət Materials 12 İyul 2006 19:45 (UTC +04:00)

Güney Azərbaycana səfərini Təbrizdən başlayan İran prezidenti Mahmud Əhmədinejad ümumilikdə 19 şəhərə baş çəkib. Trend xəbər verir ki, iyulun 12-də o, Güney Azərbaycanın Mərənd, Azərşəhr, Əcəbşir, Binab, Marağa, Məlikan şəhərlərində olub.

Təbrizdən 127 kilometr cənubda yerləşən, 130 min nəfər əhalisi olan Binabda yerli sakinlər qarşısında çıxış edən İran prezidenti bölgənin problemlərindən danışmaq əvəzinə yenə də İsraildən söz açıb. Əhmədinejad bildirib ki, bütün regionun müsəlmanları "sionist" rejimə qarşı qəzəb hissi keçirir. M.Əhmədinejad İsraildən Fələstin torpaqlarını boşaltmağı və fələstinlilərin öz talelərini həll etməsinə imkan yaratmağı tələb edib.

İran prezidenti daha sonra qeyd edib ki, İsrail rejiminin yaradılması planını hələ yüz il əvvəl Qərb dövlətləri Yaxın Şərqə nəzarət etmək üçün ortaya atıb. M.Əhmədinejad İsrail-Fələstin münaqişəsinin çözümü ilə bağı təklifini də səsləndirib: ya Qərb dövlətləri İsraili yaratdıqları kimi də dağıtmalıdır, ya da Fələstinə tam müstəqillik verilməlidir.

Xəbər lenti

Xəbər lenti