...

Rusiyanın növbəti hərbi texnika eşelonu Gürcüstandan Azərbaycan istiqamətinə yola düşüb

Siyasət Materials 18 İyul 2006 13:11 (UTC +04:00)

Rusiyanın Axalkalakidəki hərbi bazasından silah aparan növbəti eşelon iyulun 18-də səhər Salka dəmir yolu stansiyasından Azərbaycan istiqamətinə yola düşüb. Bu barədə Trend ə Zaqafqaziyadakı Rusiya qoşunları qrupu komandanının müavini Vladimir Kuparadze xəbər verib.

Əvvəl Rusiya bazasından texnika, silah və digər hərbi əmlak aparan 10 qatar Batumi və Axalkalakidən Rusiyaya göndərilib. İl ərzində Gürcüstana cəmi 19 eşelonun göndərilməsi planlaşdırılır. Bu eşelonlar Rusiyaya təxminən 400 ədəd texnika və 1,5 min tondan çox başqa hərbi əmlak aparacaqlar.

Xəbər lenti

Xəbər lenti