...

MSK sədri: "Bələdiyyə seçkilərində iştirak edən bütün namizədlər üçün bərabər şərait yaradılıb"

Siyasət Materials 28 İyul 2006 18:28 (UTC +04:00)
MSK sədri: "Bələdiyyə seçkilərində iştirak edən bütün namizədlər üçün bərabər şərait yaradılıb"

"Bələdiyyə seçkilərində iştirak edən bütün iddialı namizədlər üçün bərabər şərait yaradılıb". Trend in məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlayıb.

O bildirib ki, MSK hər bir namizədin bərabərhüquqlu olduğunu, onlara eyni şərait yaradılmasını daim diqqətdə saxlayır. MSK həmçinin maarifləndirici tədbirlər həyata keçirib, çoxlu sayda təlimatlar, sənəd formaları, təşviqat materialları, plakatlar çap etdirərək dairə seçki komissiyalarına paylayıb. M.Pənahovun sözlərinə görə, MSK-nın tapşırığı ilə yaxın günlərdə bələdiyyə seçkiləri ilə bağlı təşviqat plakatları seçki keçirilən ərazilərdə müvafiq yerlərdə asılacaq.

MSK sədrinin sözlərinə görə, bələdiyyə seçkisində Avropa Şurasının Yerli və Regional Özünüidarə Hakimiyyətləri Konqresi müşahidə aparacaq. M.Pənahov MSK-nın ilk bələdiyyə seçkilərindən bəri konqreslə sıx əməkdaşlığı olduğunu deyərək, bu beynəlxalq təşkilata müşahidəçiliklə bağlı artıq müraciət etdiklərini diqqətə çatdırıb. M.Pənahovun sözlərinə görə, yerli QHT-lər də seçkini müşahidə etməkdə maraqlıdırlar. Həmçinin istənilən şəxs və ya təşkilat "exit-poll" da keçirə bilər. M.Pənahovun sözlərinə görə, "exit-poll" üçün MSK-ya müraciət olunmaya bilər. Bələdiyyə seçkisində həmçinin şəffaf mürəkkəbdən istifadə olunacaq: "Prezidentin ötən il 26 oktyabrda və bu il mayda imzaladığı sərəncamlara əsasən, tətbiq olunmuş şəffaf mürəkkəbdən yenə də istifadə ediləcək. Çünki biz artıq əldə etdiyimiz yüksək standartlardan geri çəkilmək istəmirik".

Xəbər lenti

Xəbər lenti