...

Prezident: Azərbaycan heç vaxt və heç bir şərtlə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına razılıq verməyəcək

Siyasət Materials 31 İyul 2006 18:46 (UTC +04:00)

Azərbaycan heç vaxt və heç bir şərtlə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına razılıq verməyəcək. Bu barədə, Trend agentliyinin "AzTI" telekanalına istinadən yaydığı xəbərə əsasən, iyulun 31-də Azərbaycan prezidenti İlham Əliyev birinci yarımildə hökumətin fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti ola bilməz.

"Azərbaycan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına səbəb ola biləcək şərtə razılıq verməz" - deyə İ.Əliyev vurğulayıb.

Prezident Praqa danışıqlar formatını Azərbaycan diplomatiyasının müsbət yanaşması və uğuru hesab edir.

Xəbər lenti

Xəbər lenti