...

Heydər Əliyev Fondu Gəncədəki uşaq evləri və baxçalara "Numana" qidaları göndərib

Siyasət Materials 4 Avqust 2006 19:01 (UTC +04:00)

Heydər Əiyev Fondu tərəfindən Gəncəyə "Humana" uşaq qidaları gətirilib. 1100 qutu qidadan 220-si təhsil idarəsinə, 880-ni isə səhiyyə idarəsinə verilib.

Təhsil idarəsinin rəisi Cəlal Fətullayevin verdiyi məlumata görə, idarə qidaları azyaşlıların tərbiyə aldıqları uşaq bağçalarına paylayacaq.

Səhiyyə idarəsindən isə bildirdilər ki, körpələrin olduğu uşaq evlərində belə qidalara ehtiyac var, ona görə də bu qidalar həmin uşaq evlərinə veriləcək.

Xəbər lenti

Xəbər lenti