...

Xarici işlər nazirinin müavini Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası komissiyasının iclasını "irəliləyiş" adlandırıb

Siyasət Materials 4 Avqust 2006 20:21 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası komissiyasının iclasını "irəliləyiş" adlandırıb

Trend-i buradan izləyin

Xarici işlər nazirinin müavini Xələf Xələfov Gürcüstan sərhədinin delimitasiya və demarkasiyası üzrə Gürcüstan hökumət komissiyasının və Azərbaycan sərhədinin delemitasiya və demarkasiyası üzrə Azərbaycan dövlət komissiyasının iclasını "irəliləyiş" adlandırıb. Trend in xüsusi müxbiri xəbər verir ki, komissya sədrlərinin iki günlük danışıqlarının başa çatdırılmasından sonra X.Xələfov və onun gürcüstanlı həmkarı G.Mancqaladze birgə mətbuat konfransı keçirib.

İş zamanı tərəflər sərhədin 300 km-ni razılaşdırıb ki, bu da Azərbaycan-Gürcüstan sərhədinin 65%-ni təşkil edir. "İş zamanı sərhədin müəyyənləşdirilməsilə bağlı xüsusi prooblemlər müşahidə olunmayıb. Növbəti görüş sentyabrda Bakıda keçiriləcək ki, burada biz işi davam etdirərək qarşıdakı məqsədimizə mərhələ-mərhələ nail olacağıq" -deyə G.Mancqaladze qeyd edib.

X.Xələfov da görüşə böyük əhəmiyyət verib. O deyib ki, indiyə qədər sərhədin yalnız 98 km-i barədə razılıq əldə olunub. Onun sözlərinə görə, iş zamanı tərəflər böyük sayda normativ sənədlərlə tanış olub. "Biz anlayırıq ki, sərhəd məsələsi hamıya aiddir. Buna görə elə etməyə çalışırıq ki, heç kim sərhədlərin müəyyənləşdirilməsinin qanuniliyinə şübhə etməsin" - deyə X.Xələfov əlavə edib. O, həmçinin Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıqdan bəhs edib və bildirib ki, sərhədin bütün mübahisəli hissələri gələcəkdə mehriban qonşuluq şəraitində razılaşdırılacaq.

Hazırda Sadaxlı qəsəbəsi, Laqodexi rayonu və David Qareci monastır kompleksi yaxınlığındakı sahələr mübahisəlidir. Gürcüstan naziri deyib ki, bu məsələlər mübahisəli olsa da, ciddi ziddiyyətlər yoxdur.

Xəbər lenti

Xəbər lenti