...

Azərbaycan prezidentinin Latviyaya rəsmi cavab səfəri hazırlanır

Siyasət Materials 17 Avqust 2006 13:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinə hazırlıq işləri görülür. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov bildirib.

Diplomat qeyd edib ki, səfərin konkret tarixi hələ dəqiqləşdirilməyib - bununla əlaqədar ikitərəfli məsləhətləşmələr aparılır.

T.Zülfüqarov əlavə edib ki, bu, Latviya prezidenti Vayra Vike-Freyberqin 2005-ci il oktyabrın 3-5-də Bakıya rəsmi səfərinə cavab səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti