...

AB Üçlüyü Bakıya səfər edəcək

Siyasət Materials 31 Avqust 2006 12:31 (UTC +04:00)

Oktyabrın əvvəlində Avropa Birliyi Üçlüyü Bakıya səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Benelüks ölkələrindəki səfiri Arif Məmmədov məlumat verib.

Missiyanın tərkibinə hazırda AB-də sədrlik edən Avstriyanın, AB-nin növbəti sədrinin, o cümlədən Avropa Komissiyasının nümayəndələri və ehtimal ki, AB-nin xarici əlaqələr üzrə ali komissarı Xavyer Solana, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Böyük Britaniyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayan Foll və başqaları daxil olacaq.

Səfər zamanı Azərbaycanla Avropa Qonşuluq Siyasətinə dair Fəaliyyət Planının müzakirəsi nəzərdə tutulur. "Ola bilsin ki, səfər çərçivəsində Fəaliyyət Planı üzrə danışıqlar başa çatsın", - deyə səfir qeyd edib. Onun fikrincə, müzakirə olunacaq məsələlərdən biri də enerji ehtiyatlarının tədarükü ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti