...

Viktor Yuşenko hesab edir ki, Ukrayna və Azərbaycan əməkdaşlıq üçün istifadə olunmamış böyük imkanlara malikdir

Siyasət Materials 6 Sentyabr 2006 19:50 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko hesab edir ki, Ukrayna və Azərbaycan aviasiya, kənd təsərrüfatı, nəqliyyat, tikinti, kiçik və orta biznes sahəsində əməkdaşlıq üçün istifadə olunmamış böyük imkanlara malikdir.

Dövlət başçısının mətbuat xidmətindən Trend in Kiyevdəki xüsusi müxbirinə verilən məlumata görə, sentyabrın 7-8-də Azərbaycan Respublikasına rəsmi səfəri zamanı V.Yuşenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Ukrayna dövlət başçısının Milli Məclisə də baş çəkəcəyi və hökumət məmurları ilə görüşləri planlaşdırılıb.

Səfər zamanı, xüsusi ilə, ticari-iqtisadi sahədə əməkdaşlıq məsələsi, enerji təhlükəsizliyi sahəsində layihələr müzakirə olunacaq mövzular sırasındadır. Ukrayna prezidenti əmindir ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın vacib istiqamətlərindən biri Xəzər neftinin Bakı-Odessa-Brodı-Plotsk istiqamətində yeni nəql marşrutunun yaradılmasıdır.

Səfər zamanı "Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında", "Beynəlxalq birləşdirilmiş yük daşımaları haqqında" hökumətlərarası sazişlərin və digər sənədlərin imzalanması nəzərdə tutulub.

Dövlət başçıları həmçinin Azərbaycanda Ukrayna mədəniyyət günləri və Ukraynada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məsələsini müzakirə edəcəklər.

Bundan başqa, V.Yuşenko Bakı Slavyan Unqiversitetinin tələbə və müəllim-professor heyəti qarşısında "Ukraynanın xarici siyasəti" mövzusunda məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti