Azərbaycan Polşanın əsas enerji tərəfdaşıdır. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Polşanın iqtisadiyyat naziri Pyotr Voznyak azərbaycanlı həmkarı Heydər Babayevlə Varşavada apardığı danışıqlardan sonra bildirib.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökümətlərarası komissiyanın toplantısında karbohidrogen tədarükləri sahəsindəki əməliyyatlara xüsusi diqqət verilib.
Toplantıda Azərbaycan neftinin Odessadan tədarük etməklə Polşaya ixracının gələcək imkanları haqqında danışıqlar aparılıb. Odessa-Brodı boru kəmərinin tikintisi 2002-ci ildə başa çatıb və Polşa indi boru kəmərinin Brodı -Plotsk hissəsinin tamamlanacağına ümid edir. Bu hissəni ölkə öz enerji siyasətində strateji cəhətdən mühüm layihə kimi gözdən keçirir.
Tamamlanmış boru kəməri Mərkəzi Avropanın qabaqcıl emalçısı və distribüteri PKN Orleni Xəzərin xam nefti ilə təmin edəcək.