...

GUAM-ın milli əlaqələndiriciləri təşkilatın gələcək inkişafına dair bir sıra məsələləri nəzərdən keçiriblər

Siyasət Materials 15 Sentyabr 2006 17:07 (UTC +04:00)

"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"ın milli əlaqələndiriciləri təşkilatın gələcək inkişafına dair bir sıra məsələləri nəzərdən keçiriblər. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın GUAM-dakı daimi nümayəndəsi Səbuhi Temirov Milli Əlaqələndiricilər Komitəsinin (MƏK) sentyabrın 15-də Kiyevdə keçirilən iclasının yekunlarını şərh edərkən bildirib.

Diplomatın bildirdiyinə görə, görüşdə təşkilatın fəaliyyətinə dair sənədlər müzakirə olunub, gələn il üçün keçiriləcək tədbirlərin təqvimi hazırlanıb.

Milli əlaqələndiricilər tərəfindən baxılan məsələlər GUAM xarici işlər nazirlərinin müzakirəsinə çıxarılacaq. S. Temirovun sözlərinə görə, GUAM XİN başçıları şurasının növbəti iclasının keçirilməsi məsələsi aktual olaraq qalır. İclasın Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında nazirlərin iştirakı çəçivəsində keçirilməsi planlaşdırılır. Yığıncağın tarixi hələ dəqiqləşdirilməyib. Onun sentyabrın 24-25-də keçirilməsi təklif olunur, lakin daha konkret tarix diplomatik kanallar tərəfindən razılaşdırılacaq, - deyə diplomat qeyd edib.

S. Temirovun sözlərinə görə, MƏK-in Kiyev iclasında təşkilata üzv ölkələrin bütün təmçilçiləri iştirak ediblər. Azərbaycanı bu görüşdə xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edib. S.Temirovun məlumatına görə, bu gün Kiyevdə müstəqilliyin 15 illiyi münasibəti ilə Ukrayna prezidentinin fərmanı əsasında beynəlxalq əməkdaşlığın inkişafındakı yüksək şəxsi xidmətlərinə görə xarici dövlət nümayəndələrinə Ukrayna mükafatının təntənəli təqdim olunması mərasimi keçirilib. Təltif olunanlar arasında Araz Əzimov da olub. "Xidmətlərə görə" ordenini ona Ukraynanın xarici işlər naziri Boris Tarasyuk təqdim edib.

Xəbər lenti

Xəbər lenti