...

Sentyabrın 19-da Türkdilli dövlətlərin X qurultayında gənclik komissiyasının iclası keçiriləcək

Siyasət Materials 19 Sentyabr 2006 12:28 (UTC +04:00)

Sentyabrın 19-də Antalyada öz işini davam etdirən türkdilli dövlətlərin X qurultayında gənclik komissiyasının iclası keçiriləcək. Bu barədə Trend ə adıçəkilən qurultayda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının sədri Ramil Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, Gənclik komissiyasına qurultayda iştirak edən türkdilli dövlətlərin gənclərdən ibarət nümayəndələri qatılacaq: "Hər bir nümayəndə öz təklifləri ilə çıxış edəcək. İclasda türkdilli dövlətlərin gənclər problemləri gündəmə gətiriləcək, onların həlli yolları aranacaq və əməkdaşlıq perspektivləri müzakirə olunacaq". YAP rəsmisi onu da bildirib ki, komissiyanın iclasında qəbul olunan qərar qurultayın qətnaməsinə salınacaq.

Onu da bildirək ki, türkdilli dövlətlərin X qurultayında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində üç gənc - YAP Gənclər Təşkilatının sədri Ramil Həsənov, Azərbaycan Gənclər Parlamentinin sədri Ceyhun Osmanlı və "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Röya Talıbova daxildir. R.Həsənov və C.Osmanlı Gənclik Komissiyasının iclaslarında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti