...

Oqtay Əsədov sentyabrın 27-də Ukraynaya səfər edəcək

Siyasət Materials 26 Sentyabr 2006 12:19 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov sentyabrın 27-də Ukraynanın Babem Yaru faciəsinin 65-ci ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək üçün bu ölkəyə səfər edəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, spiker tədbirə qatılacaq xarici dövlətlərin rəsmiləri və nümayəndə heyətinin rəhbərləri ilə də görüşlər keçirəcək. Spikerin səfəri bir gün davam edəcək. O.Əsədovu Milli Məclis Aparatının işçiləri müşayiət edəcək.

Onu da bildirək ki, tədbirdə İsrail, Xorvatiya və Çernoqoriyanın prezidentləri də iştirak edəcəklər. Tədbirə 41 ölkə nümayəndələrinin qatılacağı gözlənilir. Xatırladaq ki, Böyük Vətən Müharibəsində Kiyevdə 200 min insan həlak olub. Babem Yaruda isə 100 min kiyevli və digər millətlərdən olan hərbi əsir güllələnib.

Xəbər lenti

Xəbər lenti