...

Azərbaycan-Fransa iqtisadi komissiyasının yeni tərkibi və Azərbaycan-Koreya sənədləri təsdiqlənib

Siyasət Materials 29 Sentyabr 2006 12:30 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Fransa iqtisadi komissiyasının Azərbaycan hissəsinin yeni tərkibinin təsdiqlənməsi barədə sərəncam imzalayıb.

Trend in xəbər verdiyi kimi, komissiyanın Azərbaycan hissəsinin sədri iqtisadi inkişaf naziri Heydər Babayev təyin olunub. Komissiyanın tərkibinə XİN başçısının müavini Xələf Xələfov, maliyyə nazirinin müavini Azər Bayramov, mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev, səhiyyə nazirinin müavini Sənan Kərimov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və başqaları daxildir. Komissiyaya hər iki ölkə arasında iqtisadi əlaqələri tənzimləmək və daha da genişləndirmək məqsədilə müvafiq tədbirlər görmək tapşırılır.

Dövlət başçısı digər sərəncamla 11 may 2006-cı ildə Bakıda Azərbaycan və Koreya arasında imzalanmış sazişlərin, xüsusilə mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişi və tikinti və nəqliyyat sahələrində qarşılıqlı anlaşma haqqında memorandumu təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti